Bank Of Baku

Xəzərin Azərbaycan sektorundakı adalarda arxeoloji tədqiqatlar aparılacaq

Xəzərin Azərbaycan sektorundakı adalarda arxeoloji tədqiqatlar aparılacaq
# 07 iyun 2011 13:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Xəzərin Azərbaycan sektorundakı adalarda arxeoloji tədqiqatlar aparacaq. Bu barədə APA-ya İnstitutun Abşeron arxeoloji ekspedisiyasının rəisi İdris Əliyev məlumat verib. Onun sözlərinə görə, Xəzərdəki adalarda arxeoloji tədqiqat işləri sonuncu dəfə ötən əsrin 60-cı illərində aparılıb. Bundan sonra tədqiqatlar uzun müddət dayandırılıb. Son illərdə isə Xəzərdəki adalarda yalnız kəşfiyyat xarakterli işlər aparılıb.

İ. Əliyev qeyd edib ki, adalarda aparılan arxeoloji tədqiqatlar dənizdibi arxeoloji tədqiqatlar üçün də açar ola bilər: “Ötən il bizim mütəxəssislər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Sərhəd Xidmətinin tərkibində su altında işləmək üçün xüsusi kurslar keçiblər. Yəni bizim Xəzər dənizində işləmək üçün bir neçə mütəxəssisimiz var. Əsas problem avadanlıq problemidir. Əgər bu il avadanlıq problemi həll olunsa, gələn ildən adalarda və sualtında arxeoloji tədqiqatlar surətlə aparıla bilər”.

Ekspedisiya rəisi bildirib ki, Xəzər dənizində zəngin arxeoloji xəzinənin olduğu ehtimal edilir: “Salyanda qədim Muğan şəhəri, Abşeronun şərqində qədim liman, Bayıl qəsri suyun altında qalıb. Azərbaycan sualtı abidələrlə zəngin ölkədir. Bakı buxtası isə əsl tarixdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR