Bank Of Baku

Müasir Müsavat Partiyası qurultay üçün yer istəyir

Müasir Müsavat Partiyası qurultay üçün yer istəyir
# 07 iyun 2011 13:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müasir Müsavat Partiyası (MMP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyanın mayda keçirilməsi nəzərdə tutulan qurultayının gecikməsi müzakirə edilib və bildirilib ki, qurultayın növbəti dəfə təyin olunan vaxtda keçirilməməsi yer problemi ilə bağlıdır.

Toplantı iştirakçıları partiyaya qurultayını keçirmək üçün yer verilməməsini MMP-yə qarşı qərəzli və məqsədli planın bir hissəsi kimi dəyərləndiriblər. İclasda məsələnin öz həllini tapmayacağı təqdirdə müvafiq dövlət qurumlarının qarşısında aksiyaların keçirilməsi barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR