Bank Of Baku

Bu ilin sonunadək Naxçıvanda daha üç seysmik stansiya istifadəyə veriləcək

Bu ilin sonunadək Naxçıvanda daha üç seysmik stansiya istifadəyə veriləcək
# 07 iyun 2011 14:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu ilin sonunadək Naxçıvan Muxtar Respublikasında (MR) daha üç seysmoloji stansiya istifadəyə veriləcək. Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. Mərkəz direktoru bildirib ki, hazırda Naxçıvanda Babək rayonunda bir seysmoloji stansiya var. Bu il isə Ordubad, Şahbuz və Sədərəkdə seysmoloji stansiyalar quraşdırılacaq. Beləliklə, MR ərazisində seysmik stansiyaların sayı 4-ə çatacaq.

Q. Yetirmişli bildirib ki, gələcəkdə hər bir seysmik stansiyada kompleks tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR