Bank Of Baku

Kliniki Tibbi Mərkəzə ilan zəhərlənmələri ilə bağlı 28 müraciət edilib

Kliniki Tibbi Mərkəzə ilan zəhərlənmələri ilə bağlı 28 müraciət edilib
# 07 iyun 2011 14:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Yaz ayları başlayandan indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə ilan zəhərlənmələri ilə bağlı 28 müraciət daxil olub. Bu haqda APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. A. Maqsudov bildirib ki, müraciət edənlərdən 16 nəfərinin vəziyyəti ağır olub: “Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb. Amma hazırda xəstəxanada 7 nəfər müalicə edilir, onlardan 4-nün vəziyyəti ağırdır”.

Şöbə müdirinin sözlərinə görə, ilan zəhərlənmələri ilə daha çox müraciətlər əsasən Gəncə, Samux, Bərdə, Yevlax, Masallı, Lənkəran rayonlarından olub: “Bu il Bakı və Bakı ətrafı qəsəbələrdən, Köhnə Günəşli, Əhmədli, Qobu, Qobustan qəsəbələrindən, Binə və Zirə kəndindən də gələn xəstələr olub. Dünən də şöbəyə xəstə gətirilib. İki gün əvvəl Gəncədən gətirilən xəstənin vəziyyəti isə hələ də ağırdır”.
A. Maqsudov qeyd edib ki, zəhərlənmələr əsasən gürzə ilanının sancması nəticəsində baş verir: “Əfi ilanının sancmaları nəticəsində zəhərlənmə hadisələri isə azdır. Əqrəb sancmalarından il ərzində 10-15 zəhərlənmə hadisəsi baş verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR