Bank Of Baku

Azərbaycanın təhsil naziri Koreya İdxalat və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri ilə görüşüb

Azərbaycanın təhsil naziri Koreya İdxalat və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri ilə görüşüb
# 07 iyun 2011 15:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov Koreya İdxalat və İxracat Bankının Cənub-Qərbi Asiya qrupunun rəhbəri Janq-su Junun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə Təhsil Nazirliyi arasında imzalanmış Memoranduma əsasən Bakı şəhərində “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi üzrə işlərin artıq yekun mərhələdə olduğunu deyib. O, Azərbaycanın peşə təhsili sisteminin müasir standartlar səviyyəsində təşkili və yaxın gələcəkdə sənaye müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsi baxımından yaradılacaq Peşə Tədris Mərkəzinin xüsusi rolu olacağını söyləyib.

Janq-su Jun isə koreyalı mütəxəssislərin müvafiq layihənin həyata keçirilməsi üzrə Azərbaycana bir neçə dəfə səfər etdiklərini və inşa ediləcək tədris kompleksi ilə bağlı ətraflı təhlillər aparıldığını bildirib. Daha sonra layihənin reallaşdırılması istiqamətində bir sıra müvafiq qurumlarda görüşlər keçiriləcəyini diqqətə çatdıran qonaq, bununla əlaqədar imzalanacaq müqavilə üzrə məsələlərə də toxunub və lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
.
Görüşdə “Qabaqcıl texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin reallaşdırılmasının iki ölkə arasında mövcud olan əlaqələrin inkişafına əlverişli zəmin yaradacağı vurğulanıb, layihə üzrə imzalanacaq müqavilə sənədinin əhəmiyyəti nəzərə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR