Bank Of Baku

Bu gündən Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçimi başlayır

Bu gündən Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçimi başlayır
# 08 iyun 2011 08:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bu gündən Azərbaycanda ali məktəblərin magistraturasına ixtisas seçimi başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, ixtisas seçimində 8000-ə yaxın bakalavrın iştirak hüququ var. Bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Proqram və ixtisaslaşmaları seçib təsdiq etmiş bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR