Bank Of Baku

Güclü dolu və leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ziyan vurub

Güclü dolu və leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ziyan vurub
# 08 iyun 2011 09:05 (UTC +04:00)
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yağan dolu nəticəsində Göygöl rayonunda bəzi evlərin dam örtüklərinə, avtomobillərə və küçə işıqlandırmaları lampalarına xeyli ziyan dəyib. Göygöl rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Turani Əliyevin APA-ya verdiyi məlumata görə, axşam saat 18:00 radələrindən yağmağa başlayan dolu yarım saat ərzində davam edib. Dolu nəticəsində meyvə ağacları və əkin sahələri də ciddi ziyan görüb. Turani Əliyevin sözlərinə görə, rayon FHK əməkdaşları axşam saatlarından başlayaraq rayon ərazisində ziyanın aradan qaldırılması istiqamətində işlərə başlayıb və hal-hazırda küçə işıqlandırmasının bərpa edilməsi işləri aparılır.
Dolu və leysan yağışları Daşkəsən rayonunda da fəsadlar törədib. Daşkəsən rayonunda da, bəzi evlərin dam örtüklərinə, meyvə ağaclarına, əkin sahələrinə ciddi ziyan dəyib. Güclü leysan yağışları nəticəsində Daşkəsən-Gəncə yolunun 15-ci kilometrliyində yolun sol və sağ hissələri Qoşqarçayın və Danayeri su anbarında suyun səviyyəsinin qalxması nəticəsində yuyulub. Yolun bağlanması 1 saat müddətində avtomobillərin hərəkətini məhdudlaşdırıb. Daşkəsən və Göygöl rayon fövqəladə hallar komissiyalarının əraziyə cəlb etdikləri texnikalar vasitəsi ilə yol suyun gətirdiyi palçıq və daşlardan təmizlənib və yolun hər iki sahilində sahilbərkitmə işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR