Bank Of Baku

Azərbaycan ərazisində qısamüddətli yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək

Azərbaycan ərazisində qısamüddətli yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək
# 08 iyun 2011 09:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gün ərzində şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Gecə 16-21, gündüz 25-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

İyunun 10-da isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 9-da əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti olacaq.

İyunun 10-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR