Bank Of Baku

Naxçıvan Dövlət Universitetində məhkəmə praktikası haqqında təlimlər başlayıb

Naxçıvan Dövlət Universitetində məhkəmə praktikası haqqında təlimlər başlayıb
# 08 iyun 2011 10:34 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Naxçıvan Dövlət Universitetində ATƏT-in Bakı ofisinin dəstəyi ilə məhkəmə praktikasına dair hüquqşünas tələbələr üçün üç günlük təlimlər başlayıb. ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, beynəlxalq və yerli ekspertlər beynəlxalq məhkəmə standartlarına dair nəzəri və hüquqi təlimlər keçəcək, habelə məhkəmə prosesi iştirakçılarının müxtəlif vəzifə və öhdəliklərinə dair bilgilər verəcəklər.

ATƏT-in Bakı ofisinin Qanunun aliliyi və insan hüquqları bölməsinin rəhbəri Monika Martinez bildirib ki, bu təlimər yerli hüquqşünas tələbələrin beynəlxalq məhkəmə praktikası və İnsan Hüquqlarına dair Avropa Konvensiyasına dair biliklərini artırmaq məqsədilə təşkil olunur. ATƏT təmsilçisi deyib ki, təlimlər gələcəkdə prokuror, vəkil və ədliyyə işçiləri olacaq yerli tələbələr üçün karyeraları baxımından faydalı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR