Bank Of Baku

Bakı şəhəri və onun qəsəbələrində 14 yeni uşaq bağçası tikiləcək

Bakı şəhəri və onun qəsəbələrində 14 yeni uşaq bağçası tikiləcək
# 08 iyun 2011 12:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. ““2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 37 uşaq bağçasında əsaslı təmir işləri aparılacaq”. Bu haqda APA-ya Təhsil Nazirliyinin Məktəbəqədər tərbiyə sektorunun müdiri Nərminə Alnağıyeva bildirib. N. Alnağıyevanın sözlərinə görə, proqram çərçivəsində 10 müəssisədə bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur: “2011-2013-cü illər ərzində Bakı şəhəri və onun qəsəbələrində 14 yeni müəssisə tikiləcək. Hövsan, Maştağa, Bilgəh, Zabrat qəsəbələrində, Bakının Yeni Yasamal yaşayış massivində yeni uşaq bağçalarının tikilməsi nəzərdə tutulur. Hazırda belə müəssisəyə daha çox ehtiyac olan Badamdarda isə uşaq bağçasının bu il tikiləcəyi planlaşdırılır”.

Bakı və onun qəsəbələrdə yerləşən uşaq bağçalarının əsas problemlərindən danışan N.Alnağıyeva qeyd edib ki, bu sahədə əsas narahatlıq uşaqların sıxlığı ilə bağlıdır: “Uşaqların sayı artdıqca keyfiyyət aşağı düşür. Belə vəziyyətdə uşaqlara fərdi yanaşma da mümkün olmur. Sıxlıq olan müəssisələrdə bağça müdirləri yeni uşaq qəbul etməkdən imtina edirlər. Amma valideynlər isə bunu başa düşmək istəmirlər. Uşaqlarını müxtəlif yollarla, o cümlədən şantaj yolu ilə bağçalara qoymaq istəyirlər”.

Qeyd edək ki, hazırda Azərbaycanda 1658 uşaq bağçası var, onlardan 1576-sı Təhsil Nazirliyinin tabeçiliyindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR