Bank Of Baku

Elmi Tədqiqat Hemotalogiya və Trasfuziologiya İnstitutunun direktoru: “Qan donorlarının sayı 3 dəfədən çox artıb”

Elmi Tədqiqat Hemotalogiya və Trasfuziologiya İnstitutunun direktoru: “Qan donorlarının sayı 3 dəfədən çox artıb”
# 08 iyun 2011 14:50 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsi, ehtiyacı olan xəstələrin təhlükəsiz qan və qan komponentləri ilə təminatının yaxşılaşdırılması istiqamətində köklü dəyişikliklər baş verıb”. Bu haqda APA-ya Elmi Tədqiqat Hemotalogiya və Trasfuziologiya İnstitutunun direktoru Azad Hacıyev məlumat verib.

A. Hacıyev bildirib ki, donorlardan tədarük olunan qanlar mərkəzləşdirilmiş qaydada Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanılır və xəstələrə bölüşdürülür: “Qan xidmətləri göstərən digər müəssisələrdən də qan ehtiyatı bu laboratoriyaya göndərilir. Laboratoriyadan keçdikdən sonra xəstələrə verilir. Elə müəssisə yoxdur ki, onların müraciətləri təmin olunmasın. Hər ay böyük miqdarda qan Talassemiya Mərkəzində müalicə alan talassemiya xəstələrinə göndərilir. Onların müalicəsində daim qan köçürmələri həyata keçirilir. Bəzən nadir qan qruplarına aid qana ehtiyac yarandıqda və bunu özümüz ödəyə bilməyəndə isə başqa müəssisələrdən alaraq təmin edirik” .

A. Hacıyev deyib ki, son illər ölkədə qan donorlarının sayı 3 dəfədən çox artıb: “Bu say atmaqda davam edir. Bunlar könüllü donorlardır, bizdə pullu donorluq yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR