Bank Of Baku

“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və saytın təqdimatı keçirilib

“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və saytın təqdimatı keçirilib
# 08 iyun 2011 15:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Mətbuat Şurasının və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün nəşr olunan kitabının və saytın təqdimatında layihənin koordinatoru Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu proqramın icrası barədə məlumat verib. O deyib ki, kitabın 1-10-11-20-21-ci bölmələri, akademik Urxan Ələkbərli və professor Şaiq İbrahimov tərəfindən hazırlanıb: “Jurnalistlərin informasiya əldə etmələri üçün mühüm rol oynayacaq bu kitabın sonunda iqlim dəyişikliyi ilə bağlı verilmiş izahlı lüğət jurnalistlər üçün çox lazımlı bir bilgi olacaq”.

UNESCO-nun Azərbaycan üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, UNESCO-nun Moskva ofisinin direktoru Dendev Badarç, akademik Urxan Ələkbərli və digərləri mövzunun əhəmiyyətini nəzərə alaraq, nəşrdə qeyd olunan məsələlərin zəruriliyindən danışıblar. Sonra www.mediaclimate.org saytı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Saytda qlobal istiləşmənin səbəbləri, əmələ gətirdiyi nəticələr, gələcək durumu və digər statistik məlumatlar, jurnalistlər üçün bələdçi materiallar, əməkdaşlıq etmək üçün xarici nəşrlər, ekologiya və KİV-ə aid qanunvericilik də yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR