Bank Of Baku

“Akkord” rəsmisi “Qazax Sement Zavodu”nda çalışan bir qrup işçinin məzuniyyətə göndərilməsi barədə yayılmış məlumatlara aydınlıq gətirib

“Akkord” rəsmisi “Qazax Sement Zavodu”nda çalışan bir qrup işçinin məzuniyyətə göndərilməsi barədə yayılmış məlumatlara aydınlıq gətirib
# 08 iyun 2011 17:17 (UTC +04:00)
İş həcminin azalması deyəndə ümumi iş həcmi azalmayıb, sadəcə qəlibqurma işlərinin 90 faizi yekunlaşıb, montaj işlərinin həcmi isə artıb. Məzuniyyətə göndərilənlər də məhz qəlibqurma işlərində çalışan qəlibçi və dəmirçilərdir”. Bu sözləri APA-ya açıqlamasında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva bu gün bir sıra mətbuat orqanlarında “Akkord”da fəhlələrin işdən çıxarılmalarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirmələri barədə yayılan məlumata münasibət bildirərkən deyib.

“Onları məzuniyyətə göndərmək yox, montaj işlərinə yönəltmək mümkün olmazdımı” sualına cavab olaraq A. Quliyeva bu məsələnin rəhbərlik tərəfindən müzakirə olunduğunu bildirib: “Sement Zavodunda montaj işlərinin sırf mütəxəssislər tərəfindən aparılması vacib şərtlərdəndir. Bu işdə risk etmək olmaz. Amma məzuniyyətə göndərilənlərə Sement Zavodunda deyil, “Akkord”un Ağstafa, Tovuz, Gəncə şəhərlərində tikintisini apardığı digər layihələrdə işləmək təklif edilib. Həmin şəxslər qərarlarını verdikdən sonra onlar məzuniyyətdən geri çağırılacaq və digər layihələrə işə qəbul ediləcəklər. Əks halda qanunvericiliyə uyğun olaraq məzuniyyət müddətlərinin sona çatmasını gözləyəcəklər”.

Etirazçıların onlarla əmək müqaviləsinin bağlanmaması barədə söylədiklərini isə A. Quliyeva cəfəngiyyat adlandırıb: ““Akkord” beynəlxalq arenaya çıxmış Korporasiyadır. Burada sənədləşmə işləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun olaraq aparılır. Həmin şəxslərin hamısı ilə müqavilə bağlanıb və bütün işçilərin şəxsi işləri Bakı şəhərində yerləşən mərkəzi ofisdə toplanıb. Onu da bildirim ki, Korporasiyanın bütün işçiləri məvaciblərini kart vasitəsi ilə alırlar. Onlarla rəsmi müqavilə bağlanmasa, bank əməliyyatları necə icra edilə bilərlər?”

A. Quliyeva baş verənlərin anlaşılmazlıq olduğunu düşünür: “Bunun “Akkord”a qarşı törədilən təxribat olduğunu hesab etmirəm, bu, sadəcə anlaşılmazlıqdır. Yəqin ki, bəzi insanlar müvəqqəti də olsa öyrəşdikləri iş yerlərindən ayrılmaq istəmirlər. Lakin bir məntiq var, iş başlandığı kimi sona da çatmalıdır. Bu günə kimi “Akkord”da infrastruktur layihələr üzrə 10 minlərlə insan çalışıb. Layihə bitdikdən sonra biz bu insanlarla halallaşmışıq. Bir müddətdən sonra yeni layihələr başlanıb və yeni müqavilələr bağlanıb. Həmin vaxt isə biz ilk növbədə bir vaxt bizimlə birlikdə çalışmış, qabiliyyət və savadına arxayın olduğumuz şəxsləri geri çağırmışıq. Sonra isə boş qalan yerlər üçün elanlar vermişik. Sement Zavodunda isə işlər bir qədər fərqlidir. Biz buradakı işçilərin çoxu ilə vidalaşmayacağıq. Zavodun tikintisi başa çatdıqdan sonra orada ixtisas kursları təşkil ediləcək və işçilərin əksəriyyəti artıq zavodun daimi işçisinə çevriləcək”.

“Akkord” rəsmisi zavodun tikintisi başa çatdıqdan sonra orada 550-600 nəfərlik daimi iş yerinin açılacağını deyib: “Burada əsas şərtlərdən də biri o olacaq ki, işçilər yerli əhali arasından yığılsın. Axı bu layihə “Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əvəzsiz töhfədir”.

Qeyd edək ki, bu gün bəzi mətbuat orqanlarında “Akkord” Şirkətlər Qrupuna daxil olan Qazax Sement Zavodunun 80-dən artıq işçisinin məcburi məzuniyyətə göndərilmələrinə etiraz olaraq aclıq aksiyasına başladığı, onların bu addımın qanunsuz olduğunu iddia etmələri barədə məlumat yayılıb. Məlumatda etirazçıların onlarla bağlanan əmək müqavilələrindən xəbərləri olmadıqlarını da qeyd edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR