Bank Of Baku

Lerikdə bölgədə ən nəhəng quşçuluq fabrikinin tikintisinə başlanıb

Lerikdə bölgədə ən nəhəng quşçuluq fabrikinin tikintisinə başlanıb
# 08 iyun 2011 19:48 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Dağlıq Lerik rayonunun Piran kəndində istehsal gücünə görə bölgədə ən nəhəng quşçuluq fabrikinin tikintisinə başlanıb. Lerik Rayon İcra Hakimiyyəti aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, 7 hektarlıq ərazini əhatə edən obyektdə tikinti işləri “Lerik-broyler” Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. 100-ə yaxın yerli sakinin çalışdığı obyektin tikintisi başa çatandan sonra burada əsasən quş əti və yumurta istehsal etmək nəzərdə tutulub. Müəssisənin 2013-cü ildə istifadəyə veriləcəyi proqnozlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR