Bank Of Baku

Şəkidə canavar yerli sakinlərə hücum edib, xəsarət alanlar var

Şəkidə canavar yerli  sakinlərə hücum edib, xəsarət alanlar var
# 09 iyun 2011 08:05 (UTC +04:00)
Şəki. Vüqar Heydərov – APA. Azərbaycanın Şəki rayonunun Baş Küncüt kəndində canavar sakinlərə hücum edib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında otlaq sahəsində baş verib. Kənd sakinlərinə məxsus qoyunları dağlıq ərazidə otlaq sahəsində aparan 5 nəfər bir canavarın hücumuna məruz qalıb.
Şəki Mərkəzi Rayon Xəstəxanasının həkimi Seymur İbadov APA-ya bildirib ki, xəsarət alanlar – 1986-cı il təvəllüdlü Səlimov Asiman Əjdər oğlu, 1958-ci il təvəllüdlü Mürsəlov İmran Qara oğlu, 1979-cu il təvəllüdlü Mahmudov Qəzənfər Musa oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Ziya Məcid oğlu və Qəzafət Rüfət oğlu xəstəxanaya yerləşdiriliblər. Onlar bədənlərinin müxtəlif nahiyələrindən yaralanıblar.
Öldürülən canavarda quduzluq xəstəliyinin olub-olmadığını öyrənmək üçün götürülən nümunələr baytarlıq laboratoriyasına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR