Bank Of Baku

DSMF sədri: “Əmək pensiyalarının yenidən hesablanması heç kəsin haqlarına mənfi təsir etməyəcək”

DSMF sədri: “Əmək pensiyalarının yenidən hesablanması heç kəsin haqlarına mənfi təsir etməyəcək”
# 09 iyun 2011 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) artıq əmək pensiyalarının yenidən hesablanmasına başlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə DSMF sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, bu proses üçün lazım olan maliyyə vəsaiti fondun büdcəsində öz əksini tapıb: “Hazırda texniki məsələlər həll olunur, xüsusi komissiya tərəfindən pensiya işlərinin avtomatlaşdırılmış bazada olan məlumatlarla tutuşdurulması prosesi gedir”.

S.Müslümov qeyd edib ki, Bakı şəhəri üzrə proses yekunlaşmaq üzrədir. Hazırda Sumqayıt şəhərində proses həyata keçirilir, daha sonra isə rayonlarda bu işlərə başlanacaq: “Bizim avtomatlaşdırılmış bazada bütün pensiyaçılar haqqında artıq məlumatlar var. Həmin bazaların məlumatları əsasında bu prosesi avtomatik rejimdə həyata keçirə bilərik və bunu edəcəyik. Amma hər halda, həmin məlumatlar kağız daşıyıcılarda olan məlumatlarla tutuşdurulmalıdır”.

DSMF sədri pensiyaçılara müraciət edərək, onları narahat olmamağa çağırıb: “Bu iş heç kəsin haqlarına mənfi təsir etməyəcək. Bütün pensiya işləri ciddi şəkildə araşdırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR