Bank Of Baku

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun qüvvəyə minib
# 09 iyun 2011 10:00 (UTC +04:00)
Bu barədə APA-ya prezidentin mətbuat xidmətindən məlumat verilib.

Qanuna edilmiş dəyişikliyə əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və əqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.

Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanın hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR