Bank Of Baku

Həkimlərin növbəti imtahanlarının nəticələri açıqlanıb

Həkimlərin növbəti imtahanlarının nəticələri açıqlanıb
# 09 iyun 2011 10:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 8-də məhkəmə-tibbi ekspertiza və endokrinologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 50 həkim iştirak edib. Onlardan 5-i100 bal toplayaraq ən yüksək nəticə göstərib. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərin hər biri (100%) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanı iyunun 22-də laboratoriya işi ixtisası üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR