Bank Of Baku

Səlim Müslümov: «Şikayətlərin operativ araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur»

Səlim Müslümov: «Şikayətlərin operativ araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur»
# 09 iyun 2011 10:56 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlarla münasibətlərdə şəffaflığı qorumaq və onların müraciətlərinə dərhal baxılması istiqamətində fəaliyyətini gücləndirib. APA-nın məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov jurnalistlərə bildirib.

S.Müslümovun sözlərinə görə, fondun «qaynar xətti»nə və birbaşa onun öz elektron poçtuna edilən müraciətlər əvvəllər olduğu kimi fondun bölgələrdə fəaliyyət göstərən orqanları tərəfindən deyil, mərkəzi aparatdan ezam olunmuş işçilər tərəfindən araşdırılır: «Əvəlki illərdən fərqli olaraq, indi şikayətlərin yerində araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur. Açıq deyim ki, hətta onlar bunu çatdıra bilmirlər. Çünki həmin şöbədə 18 nəfər işçi var və onların bölgələrə gedib-gəlməsi üçün müəyyən vaxt tələb olunur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR