Azərbaycan prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dəyişikliklərə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.
2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır.
2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.
Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.
2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır.
2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür.
Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Xəbər Lenti
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində itkin düşən hərbçinin axtarışlarını dayandırıb
Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır
Polşa Ukraynaya silah tədarükləri barədə məlumatları açıqlayacaq
Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb
Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Lekler Britaniya Qran-prisinin qalibi olub
Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO
Stoltenberq: NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur
Netanyahu: ABŞ ilə İran məsələsində fikir ayrılığı yoxdur
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
Messi “Qızıl top”a namizəd ola bilər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib
Vaşinqtonda Müstəqillik Günü tədbirinin iştirakçıları fırtına səbəbilə təxliyə edilir
Tramp Avropanın üçüncü dünya ölkəsinə çevrildiyini bildirib
DÇ-2026: Fransa 1/4 finala yüksəlib
Zelenski Trampla söhbətdən sonra müharibəyə son qoymaq üçün real perspektiv olduğunu deyib
DÇ-2026: Mərakeş 1/4 finala yüksəlib