Bank Of Baku

İsveç Sosial Sığorta Agentliyinin baş direktoru Azərbaycanda səfərdədir - FOTOSESSİYA

İsveç Sosial Sığorta Agentliyinin baş direktoru Azərbaycanda səfərdədir - <font color=red>FOTOSESSİYA</font>
# 09 iyun 2011 11:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) ölkəmizdə səfərdə olan İsveç Krallığının Sosial Sığorta Agentliyinin baş direktoru Adriana Lenderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

APA-Economics”in məlumatına görə, jurnalistlərə açıqlama verən A.Lender bildirib ki, səfər zamanı DSMF və İsveçin Sosial Sığorta Agentliyi arasında qarşılıqlı təcrübə mübadiləsi aparılacaq, gələcək əməkdaşlığı nəzərdə tutan məsələlər müəyyənləşdiriləcək.

Onun sözlərinə görə, rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin sığorta-pensiya sisteminin inkişaf istiqamətlərini, mövcud vəziyyətini özündə əks etdirən təqdimatla çıxış edəcək: “Azərbaycanın sığorta-pensiya sisteminin inkişafı bizim üçün çox maraqlıdır, xüsusilə də texnoloji cəhətdən. Azərbaycan kimi ölkələr müasir texnologiyalardan istifadə imkanı qazanıblar. Çünki belə ölkələrdə bu sistemlərin gec qurulmasına başlanıb. Bizim ölkələrdə isə texnologiyalar çoxdan qurulub və artıq köhnəlib. Bu baxımdan Azərbaycanın təcrübəsi bizim üçün maraqlıdır”.

DSMF sədri S.Müslümov qeyd edib ki, rəsmi məlumatlara görə, İsveçdə 156 Azərbaycan vətəndaşı yaşayır. Qeyri-rəsmi statistikaya görə isə həmin ölkədə Azərbaycandan olan 20 mindən çox insan yaşayır: “Görüşdə onların həmin dövlətdə sosial müdafiə haqlarının təmin olunması, həmin insanların gələcəkdə Azərbaycana yaşamaq üçün gəldikləri zaman sığorta pensiya təminatlarının taleyi də müzakirə olunacaq”.

Qeyd edək ki, iyunun 12-dək Azərbaycanda səfərdə olacaq isveçli qonaqlar DSMF-nin bir sıra rayon şöbələrinin fəaliyyəti ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR