Bank Of Baku

Ağdamda 23 yaşlı oğlan itkin düşüb - FOTO

Ağdamda 23 yaşlı oğlan itkin düşüb - <font color=red>FOTO</font>
# 09 iyun 2011 13:10 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Ağdam rayon Sarıcalı kənd sakini Şahverənov Anar Hüseyn oğlu itkin düşüb. Bu barədə APA-nın Qarabağ bürosuna A. Şahverənovun əmisi Asif Şahverənov məlumat verib. Qohumlarının sözlərinə görə, 23 yaşlı gənc iyunun 2-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Asif Şahverənov bildirib ki, qardaşı oğlu itkin düşməmişdən əvvəl dəfələrlə Bakıya getmək üçün valideynlərindən icazə istəyib. Amma həmişə rədd cavabı alıb. Nəticədə o, sözügedən təqvimdə evdən çıxaraq Bakıya üz tutub. Həmin gündən etibarən onun harada olması və taleyi haqda heç bir məlumat yoxdur.
Ağdam Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, Anar Şahverənovun evdən çıxıb, bir daha qayıtmaması haqda şöbəyə müraciət daxil olub və bu müraciətə əsasən polis araşdırmaya başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR