Bank Of Baku

Gədəbəyin Ermənistanla sərhəd Şınıx və Göyəli kəndlərində e. ə. XIV-VIII əsrlərə aid qədim abidələr aşkar olunub

Gədəbəyin Ermənistanla sərhəd Şınıx və Göyəli kəndlərində e. ə. XIV-VIII əsrlərə aid qədim abidələr aşkar olunub
# 09 iyun 2011 13:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx və Göyəli kəndlərində e. ə. XIV-VIII əsrlərə aid qədim abidələr aşkar olunub. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova məlumat verib. O bildirib ki, Hörükdaş və Axçaçıxan adlanan abidələr son tunc dövrünə aid siklonik (“siklon” yunan dilində “təpəgöz” deməkdir) abidələrdir.

T. Göyüşova Gədəbəyin arxeoloji abidələrlə zəngin bölgə olduğunu söyləyib. Ərazidə xüsusilə Qafqaz Albaniyasına aid abidələr çoxdur. Bu ayın sonundan başlayaraq Gədəbəyin Daryurd adlanan ərazisindəki nekropollarda, Leşkər qalaçada arxeoloji tədqiqatlar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR