Bank Of Baku

Güclü leysan Şəkinin kəndlərinə ziyan vurub

Güclü leysan Şəkinin kəndlərinə ziyan vurub
# 09 iyun 2011 15:52 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonuna yağan güclü leysan yağışları bir sıra fəsadlar törədib. Şəki rayonu Vərrəzət kənd bələdiyyəsinin sədri Ələşrəf Müslümovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, mayın 8-dən 9-a keçən gecə rayonun bir-sıra ərazilərinə, o cümlədən Vərrəzət kəndinə və dağ yamaclarına güclü leysan yağışları yağıb. Nəticədə kəndin ortasından axan Vərəzzət çayında daşqın baş verib. Belə ki, çay üzərində mövcud 9 keçid dağılaraq kənd əhalisinin bir-biri ilə əlaqəsini kəsib. Bu gün günorta saatlarına kimi çayın üzərindəki keçidlər yerli sakinlərin və Şəki Su-kanal idarəsinin müvafiq texnikası hesabına bərpa edilib. Çayın üzərindəki keçidlər bərpa edildikdən az müddət sonra Vərəzzət kəndinə və dağ yamaclarına 1 saat ərzində daha güclü leysan yağışları yağıb. Nəticədə çayın üzərindəki keçidlər yenidən dağılıb, kənd sakinlərinin əkin-biçin və otlaq sahələri tamamilə yağış suları altında qalıb. Kənddə bir çox evlərin həyətyanı sahələrinə sel suları dolub, 6 ev su altında qalıb, əhaliyə məxsus mal-qara arasında tələfat var.
Ə. Müslümovun sözlərinə görə, bu gün günorta saatlarında yağan leysan yağışlarının fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.
Şəki rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədr müavini Valeh Ələkbərovun APA-nın yerli bürosuna verdiyi məlumat görə, güclü leysan, həmçinin Baş Zəyzid və Orta Zəyzid kəndlərinə də ziyan vurub. V. Ələkbərov hazırda komissiya üzvlərinin, müvafiq idarə nümayəndələrinin yerli sakinlərə birlikdə hər üç kənddə leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər gördüklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR