Bank Of Baku

FHN-in xilasediciləri Qazaxıstanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər

FHN-in xilasediciləri Qazaxıstanda keçirilən beynəlxalq yarışlarda iştirak ediblər
# 09 iyun 2011 15:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının xilasediciləri Qazaxıstanın Kapşaqay şəhərində 16-cı "KAZSPAS-2011" beynəlxalq yarışlarında iştirak ediblər. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yarışlarda 7 ölkəni - ABŞ, Çexiya, Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən 27 komanda iştirak edib. Komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı biliklərini, eləcə də insanlara tibbi yardımın göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması, fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə işləri, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş seminar-yarışlarda bacarıqlarını nümayiş etdiriblər.
Yarışlarda Azərbaycan FHN-in komandası dördüncü yerə layiq görülüb. Birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq Rusiya, Qazaxıstan və Qırğızıstandan olan komandalar tutublar. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman, diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Yarışın sonunda Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko Azərbaycan FHN-in komandası ilə görüşərək və komandanın çıxışını yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR