Bank Of Baku

Azərbaycanın orta məktəblərində növbəti buraxılış imtahanları keçirilir

Azərbaycanın orta məktəblərində növbəti buraxılış imtahanları keçirilir
# 10 iyun 2011 07:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları üzrə keçirilir.

11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.
Qeyd edək ki, növbəti buraxılış imtahanları iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanı isə iyunun 17-də Bakıda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR