Bank Of Baku

Məleykə Abbaszadə: “TQDK-nın materialları həmişə saxtalaşdırılır”

Məleykə Abbaszadə: “TQDK-nın materialları həmişə saxtalaşdırılır”
# 10 iyun 2011 08:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Çox təəssüf ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının buraxdığı bütün materiallar həmişə saxtalaşdırılır. Bizim materialların üz qabığını saxtalaşdırırlar, içini isə ötən ildən qalan məlumatlarla doldururlar. Mən bilirəm ki, “Abituriyent” jurnalının III buraxılışını da saxtalaşdırıblar”. APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, həqiqi jurnalın üz qabığında jurnalın adı və nömrəsi qabarıq olur, saxta jurnallarda isə belə deyil: “Mən bu saxtalaşdırma ilə əlaqədar həmişə müxtəlif orqanlara müraciət edirəm. Kimisə tuturlar, o biri başlayır. Bu proses daimi mübarizədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR