Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, bəzi yerlərdə 33 dərəcə isti gözlənilir

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, bəzi yerlərdə 33 dərəcə isti gözlənilir
# 10 iyun 2011 09:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 23-24 dərəcə isti olacağı gözlənilir.

İyunun 12-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 11-də gün ərzində hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22 , gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

İyunun 12-də bölgələrdə əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR