Bank Of Baku

Qəbul imtahanlarının keçiriləcəyi binalar yoxlanılır

Qəbul imtahanlarının keçiriləcəyi binalar yoxlanılır
# 10 iyun 2011 09:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən qəbul imtahanına yararlı hesab edilən binaların təhlükəsizlik baxımından yoxlanılması istiqamətində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahan binaları haqqında yenilənmiş məlumat “imtahan yerləri baza”sına daxil edilib.

M. Abbaszadə bəyan edib ki, TQDK tərəfindən ölkənin müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib. Həmin binaların imtahana yararlılığı müəyyən edilib, texniki pasportları müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR