Bank Of Baku

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında iştirak edən nəzarətçilərin və imtahan rəhbərlərinin tərkibini hər il 30-40 faiz yeniləyirik”

Məleykə Abbaszadə: “Qəbul imtahanlarında iştirak edən nəzarətçilərin və imtahan rəhbərlərinin tərkibini hər il 30-40 faiz yeniləyirik”
# 10 iyun 2011 09:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nəzarətçiləri adı yalnız iş keyfiyyətinə görə çıxarılmır. Yaş həddi və səhhəti nəzarətçi olmağa imkan verməyənlərin də adları bazadan silinir. Hazırda TQDK-nın builki nəzarətçilər bazasında 5 mindən çox nəzarətçi müəllimlər haqqında məlumat toplanılıb. Nəzarətçi müəllimlər təkcə Bakı deyil, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki məktəblərindən seçilib: “Bu il dəvət olunan yeni nəzarətçilərin hamısı sınaq imtahanlarında iştirak ediblər. Elə nəzarətçilər var idi ki, biz onları sınaq imtahanları vasitəsilə yoxlayanda yararsız olduqlarını gördük və bazaya daxil etmədik”.

M. Abbaszadə deyib ki, bu il keçirilmiş sınaq imtahanlarında Bakı şəhəri üzrə 3701 nəfər, digər bölgələrdə isə 2298 nəfər nəzarətçi müəllim iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR