Bank Of Baku

Əhliman Əmiraslanov: “Təhsil haqlarının artırılması Azərbaycan Tibb Universitetinə qəbulun səviyyəsinə təsir göstərməyəcək”

Əhliman Əmiraslanov: “Təhsil haqlarının artırılması Azərbaycan Tibb Universitetinə qəbulun səviyyəsinə təsir göstərməyəcək”
# 10 iyun 2011 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Ödənişli fakültələrdə təhsil haqlarının artırılması Azərbaycan Tibb Universitetinə (ATU) qəbulun səviyyəsinə təsir göstərməyəcək. APA-nın məlumatına görə, bu barədə ATU rektoru, millət vəkili Əhliman Əmiraslanov bildirib.
Ə. Əmiraslanovun sözlərinə görə, hazırda universitetdə təhsil alanların 50 faizi ödənişsiz ixtisaslar üzrə oxuyur. Hər il bundan əlavə 120-150 nəfər məcburi köçkün və digər imtiyazlı kateqoriyadan olmaqla, dövlət tərəfindən ödənişlərdən azad edilir.
«Hesab edirəm ki, bu artım universitetə qəbul olmaq istəyənlərin sayında özünü göstərməyəcək», - deyən rektor ATU-da ödəniş haqlarının 1994-cü ildən sonra ilk dəfədir artırıldığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR