Bank Of Baku

Məleykə Abbaszadə: “Türk liseylərinin məzunlarına göstəriş verilib ki, yalnız “Araz” kurslarının keçirdiyi sınaq imtahanlarına getsinlər”

Məleykə Abbaszadə: “Türk liseylərinin məzunlarına göstəriş verilib ki, yalnız “Araz” kurslarının keçirdiyi sınaq imtahanlarına getsinlər”
# 10 iyun 2011 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sınaq imtahanında iştirak edən abituriyentlərin bilik səviyyələri əsasən müsabiqəyə buraxılmaq üçün orta balı toplamağa imkan verir. Lakin bu nəticələr bütün abituriyentlərin nəticələrini əks etdirmir: “Hər bir fərdin sınaq imtahanında olan nəticələri ilə real imtahandakı nəticələri uyğun gəlir. Amma məsələ bundadır ki, real imtahanlarda sınaqlarda iştirak etməyən kifayət qədər adam iştirak edir. Mən bilirəm ki, bir qrup türk liseylərinin məzunu bizim sınaq imtahanına gəlmir. Çünki onlara göstəriş var ki, yalnız “Araz” kurslarının keçirdiyi sınaq imtahanına getsin. Ona görə onların nəticələri bizim sınaqlarda öz əksini tapmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR