Bank Of Baku

Litvada pensiya yaşı 65 yaşa qaldırılıb

Litvada pensiya yaşı 65 yaşa qaldırılıb
# 10 iyun 2011 09:41 (UTC +04:00)
Bakı - APA-Economics. Litvada pensiya yaşı 65 yaşa qaldırılıb. “APA-Economics”in xəbərinə görə, hazırda bu ölkədə qadınlar 60, kişilər 62,5 yaşda pensiyaya çıxır.

Litva parlamentinin 114 deputatından 60 nəfəri qanun layihəsinin lehinə səs verib. Gələn il yanvarın 1-dən qüvvəyə minəcək qanunla kişi və qadınların pensiyaya çıxma yaşı bərabərləşdiriləcək.

Qanuna əsasən Litvada pensiya yaşının artırılması tədricən həyata keçiriləcək: hər il qadınların pensiya yaşı 4 ay, kişilərin pensiya yaşı 2 ay artırılacaq. Yalnız 2026-cı ildə kişi və qadınların pensiyaya çıxma yaşı bərabərləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR