Bank Of Baku

AMEA Geologiya İnstitutunun tədqiqatlarının nəticələri Vyanada nümayiş etdirilir

AMEA Geologiya İnstitutunun tədqiqatlarının nəticələri Vyanada nümayiş etdirilir
# 10 iyun 2011 09:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Vyanada Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Edilməsi üzrə Müqavilə Təşkilatı (NSHQMT) tərəfindən “Elm və Texnologiya 2011” adlı beynəlxalq konfrans-sərgi keçirilir. Bu haqda APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. İyunun 8-də başlayan tədbirdə Geologiya İnstitutunun “Seysmik təhlükənin qiymətləndirilməsi baxımından Azərbaycanda seysmik monitorinqin aparılması” mövzusu üzrə tədqiqatlarının nəticələri də nümayiş etdirilir.

Dünyanın 500-dən çox aliminin toplaşdığı konfrans-sərgidə seysmologiya, nüvə tədqiqatları, geodinamika və digər sahələrə aid çıxışlar dinlənilib. Geologiya İnstitutuna məxsus təqdimat materiallarının müəllifləri geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayevdir. Q. Babayevin çıxışı əsasında təqdim olunan tədqiqatlar və nəticələr tədbir iştirakçılarının, xüsusən də Yaponiya alimlərinin marağına səbəb olub.

Beynəlxalq tədbirin keçirilməsində məqsəd NSHQMT-nin dünyadakı bütün milli məlumat mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, dünyanın nüfuzlu elm təşkilatlarının təcrübəsindən daha çox yararlanmaq və Yer haqqında elmlərin dünya miqyasında irəliləyişinə səbəb olmaqdır. Beynəlxalq konfrans-sərgi bu gün öz işini başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR