Bank Of Baku

“İqtisadiyyat və həyat” jurnalının 50 illiyi münasibətilə tədbir keçirilib

“İqtisadiyyat və həyat” jurnalının 50 illiyi münasibətilə tədbir keçirilib
# 10 iyun 2011 10:11 (UTC +04:00)
APA-nın məlumatına görə, jurnalın baş redaktor müavini Bəhlul Eminli deyib ki, 1961-ci ildən 1991-ci ilədək “Texniki tərəqqi uğrunda” və “Azərbaycan xalq təsərrüfatı” adları ilə nəşr edilən “İqtisadiyyat və həyat” jurnalı fəaliyyət göstərdiyi dövr ərzində görkəmli alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materiallarını dərc edib, iqtisadiyyatın, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynayıb. B. Eminli jurnalın keçdiyi yol barəsində də ətraflı məlumat verib. Baş redaktor İmran Mehdiyev bildirib ki, jurnalın fəaliyyəti bütünlüklə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənib.

Jurnalın redaksiya heyətinin üzvü, professor Əli Əlirzayev və digərləri çıxışlarında nəşrin 50 illiyi münasibətilə təbrik edərək bildiriblər ki, jurnalda öz profilinə uyğun olaraq, müxtəlif rubrikalar adı altında aspirant, dissertant və alimlərin maraq və diskussiya doğura biləcək elmi-təhlili məqalələrinə də kifayət qədər yer ayrılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR