Bank Of Baku

Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilib

Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilib
# 10 iyun 2011 10:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

APA-Economics”in xəbərinə görə, qanun layihəsi barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanuna 19.3-cü maddə əlavə olunub.

Bu əlavədə bildirilir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsi üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır.

Dövlət Sosial müdafiə Fondunun sədri Səlim Müslümov deyib ki, Azərbaycanda 10 723 nəfər elmlər doktoru və elmlər namizədi var. Bunun 1 827 nəfəri elmlər doktoru, 8 896 nəfəri isə elmlər namizədidir ki, onlardan da 5 910 nəfəri pensiya yaşındadır: “Dəyişiklik təsdiq ediləndən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manat, 6 ayda isə 5 mln. manata ehtiyac var”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR