Bank Of Baku

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq
# 10 iyun 2011 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub.

APA-Economics”in xəbərinə görə, qanun layihəsi barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi elmi-tədqiqat müəssisələrinə şamil olunmayacaq.

Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.

Qeyd edək ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi 65 yaş müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR