Bank Of Baku

ABŞ-dan bir qrup tələbə Azərbaycan dilini öyrənmək üçün Bakıya gəlib

ABŞ-dan bir qrup tələbə Azərbaycan dilini öyrənmək üçün Bakıya gəlib
# 10 iyun 2011 10:46 (UTC +04:00)
ABŞ səfirliyindən APA-ya verilən məlumata görə, Amerika Şurası (American Councils) tərəfindən idarə olunan ÖDS proqramı Amerika universitetlərinin bakalavr və magistr tələbələri üçün ABŞ dövlətinin strateji əhəmiyyəti olan xarici dil kimi qəbul etdiyi azərbaycan dilini öyrənmək üçün şərait yaradır.
Bu ilin Önəmli Dil Tələbələri sırasına Azərbaycan dilini başlanğıc, orta və inkişaf etmiş səviyyələrdə bilən tələbələr daxildir. Proqrama ev sahibliyini Azərbaycan Dillər Universiteti edəcək. Proqram həftədə azı 20 saat olmaqla qruplarda keçirilən intensiv dil təlimi və təşkil olunmuş mədəni maarifləndirici təcrübə təqdim edir. İştirakçılar Azərbaycan dilində sərbəst danışıq inkişaf etdirəcəklər və “dil yaşıdları”na (ev sahibi ölkənin universitet tələbələrinə) qoşulmaqla, yerli icmalarda könüllü fəaliyyətlə məşğul olmaqla və Bakıda yerli ailələrlə birgə yaşamaqla Azərbaycanın zəngin mədəniyyəti haqqında daha çox öyrənəcəklər. ÖDS iştirakçıları təqaüd proqramından sonra da dili öyrənməyə davam edəcək və önəmli dil vərdişlərini öz gələcək professional karyeralarında tətbiq edəcəklər.
Bu ilki Önəmli Dil Tələbələri Azərbaycan dili də daxil olmaqla 14 prioritet dili öyrənən 575 ABŞ bakalavr və magistr tələbələrinin arasındadırlar. Onlar meyarlı seçim prosesində 5200 ərizəçi arasından seçiliblər.
2006-cı ildə ABŞ Dövlət Departamenti amerikalı tələbələrin xarici ölkələrdə önəmli dilləri öyrənmək imkanlarını artırmaq məqsədilə İntensiv Yay İnstitutları üçün Önəmli Dil Təqaüdləri Proqramını həyata keçirilir. Proqram ABŞ dövlətinin Azərbaycan dili kimi önəmli dilləri öyrənən və inkişaf etdirən amerikalıların sayını artırmaq təşəbbüsünün bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR