Bank Of Baku

TQDK sədri : “Bakalavrlar magistraturaya proqramları və ixtisasları seçməkdə gecikirlər”

TQDK sədri : “Bakalavrlar magistraturaya proqramları və ixtisasları seçməkdə gecikirlər”
# 10 iyun 2011 11:27 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ixtisas seçimində 8000-ə yaxın bakalavrın iştirak hüququ var: “İndidən deyirəm və bunun şahidi olacağam ki, müddət bitəcək, iyunun 15-də səhər saat 10.00-da TQDK-nın saytında proqramın seçilməsi və ixtisasın təsdiqi prosesi dayanacaq, bu zaman bakalavrlar bizə müraciət etməyə başlayacaqlar. Onlar hələ də proqramları seçib ixtisasları təsdiq etdirmədiklərini bildirəcəklər. Ona görə də bakalavrlar sənədlərin sonuncu gününü gözləməməlidirlər”.

Qeyd edək ki, bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Proqram və ixtisaslaşmaları seçib təsdiq etmiş bakalavrlar iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR