Bank Of Baku

“Sərhəd” Hərbi İdman Oyunları yarışının yekunları ilə bağlı mərasim keçirilib

“Sərhəd” Hərbi İdman Oyunları yarışının yekunları ilə bağlı mərasim keçirilib
# 10 iyun 2011 14:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan sərhəd mühafizə xidmətinin 92-ci ildönümü ərəfəsində “Sərhəd” Hərbi İdman Oyunları yarışının yekunları ilə bağlı mərasim keçirilib. APA-nın məlumatına görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin idarə rəisi Ağababa İbrahimov hərbi idman oyunlarında iştirak edən məktəb şagirdlərini təbrik ediblər və bu tədbirin əhəmiyyətindən danışıblar.

28 sərhədyanı rayonun 202 məktəbinin 1010 şagirdinin iştirak etdiyi hərbi idman oyunu üç mərhələdən ibarət olub. Sonuncu turda 8 komanda mübarizə aparıb. Final yarışı iyunun 2-dən 10-dək DSX-nın akademiyasının bazasında keçirilib. Finalda komandalar sıra hazırlığı, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb yığılması, sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi, tüfəngdən hədəfə atəş açma, maskalanma, ləpirçilik mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn və yarışda fərqlənən komandalara fəxri fərmanlar, xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR