Bank Of Baku

Azərbaycanlı tibb bacısı BQXK-nın medalı ilə təltif olunub – FOTO

Azərbaycanlı tibb bacısı BQXK-nın medalı ilə təltif olunub – <font color=red>FOTO</font>
# 10 iyun 2011 14:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) tibb bacısı Vəfa Əmirova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının ən yüksək mükafatına – “Florens Naytingel” medalına layiq görülüb. AQAC-dan APA-ya verilən məlumata görə, bu, mayın 12-də “Ümümdünya tibb bacısı günü”ndə Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin ( BQXK) “Florens Naytingel“ medalının 43-cü təltif etmə mərasimində baş verib. Tibb bacıları və könüllü sanitar xidməti göstərənlər üçün ən yüksək beynəlxalq mükafat olan bu medal silahlı münaqişə və digər fəlakət qurbanlarına yardım etmək üçün göstərilmiş xüsusi cəsarət və xidmətlərə görə təqdim olunur. Medal həmçinin ictimai sağlamlıq və sanitariya təhsili sahəsində nümunəvi xidmətləri və yaradıcı əhval-ruhiyyəni dəyərləndirmək üçün təqdim olunur.
Vəfa Əmirova AQAC-ın Nizami rayon bölməsində könüllü tibb bacısı kimi çalışır. O uzun müddətdir ki, ictimai sağlamlıq sahəsində fəaliyyət göstərir.
V. Əmirova BQXK-nın “Florens Naytingeyl Medalı”nın 43-cü təqdimatı üçün 19 ölkədən seçilmiş 39 nəfərin arasındadır. Mükafat medaldan və diplomdan və eləcə də Florens Naytingeylin portretinin fotoqravürasından ibarətdir.
BQXK-nın ofisində medalın təltif etmə mərasimi keçirilib.

Tədbirdə AQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, BQXK-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Şerin Pollini, mükafatçı Vəfa Əmirova çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR