Bank Of Baku

Bakının Nəsimi rayonunda yoxsul ailələrə sosial yardım təyin edilib

Bakının Nəsimi rayonunda yoxsul ailələrə sosial yardım təyin edilib
# 10 iyun 2011 14:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakının Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya”nın növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komissiyanın iclasında Nəsimi rayon Əhalinin Sosial Müdafiə və Məşğulluq mərkəzlərinin nümayəndələri, Statistika, Maliyyə idarələrinin, rayon bələdiyyəsinin və Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

İclasda ünvanlı dövlət sosial yardımı almaq üçün Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş bir qrup rayon sakinlərinin sənədlərinə baxılıb. Müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi həyata keçirildikdən sonra komissiyada onların sənədləri müzakirə edilib və özlərindən asılı olmayan səbəbdən yoxsul vəziyyətdə yaşayan ailələrə sosial yardım təyin edilib.

Sənədlərin müzakirəsində və yardımların təyinatında tam şəffaflığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti institutları və ictimaiyyətin nümayəndələri yaxından iştirak ediblər.

Xatırladaq ki, ünvanlı sosial yardımın təyin olunmasında ictimai nəzarətin gücləndirilməsi məqsədilə Nazirliyin Kollegiyasının 12 aprel 2011-ci il tarixli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilərək komissiyaların tərkibinə qeyri-hökumət təşkilatlarının nümayəndələri də daxil edilib və bu yardımları təyin edən komissiyaların iclaslarında onların təmsilçilərinin bir qayda olaraq iştirakı təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR