Bank Of Baku

İntiqam Babayev: “““Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” layihəsi nazirliklər üzrə proseduradan keçmək mərhələsindədir”

İntiqam Babayev: “““Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” layihəsi nazirliklər üzrə proseduradan keçmək mərhələsindədir”
# 10 iyun 2011 15:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ““Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın layihəsində orta məktəblərdə daimi silah-sursatın saxlanması məsələsi öz əksini tapmayıb. Məktəblər aidiyyatı üzrə rayon ərazisində yerləşən hərbi hissələr və ya hərbiləşmiş qurumlar tərəfindən hərbi dərslər zamanı müvafiq ləvazimatlarla təchiz olunacaqlar”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib. İ. Babayev deyib ki, dövlət proqramının layihəsində hərbi vətənpərvərlik ruhunun artırılması məqsədilə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti tərəfindən təklif irəli sürülüb. Bu təkliflərin bir neçəsi layihədə öz əksini tapıb: “Buraya məktəblilərdə müəyyən təlim kurslarının - rabitəçi, snayper kurslarını keçirilməsi daxildir. Bu gün orta məktəblərdə tədrisinin təkmilləşdirilməsi müzakirə mövzusudur. Bununla bağlı isə proqramda müvafiq bənd öz əksini tapıb”.

İ. Babayev qeyd edib ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın layihəsinin maliyyə qiymətləndirilməsi keçirilir: ““Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Layihə nazirliklər üzrə proseduranı keçirilməsi mərhələsindədir. Yaxın zamanlarda proses bitəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR