Bank Of Baku

Ali məktəblərdə bioetika kafedraları yaradılacaq

Ali məktəblərdə bioetika kafedraları yaradılacaq
# 10 iyun 2011 15:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində “Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat dinlənilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun rəhbərliyi və müvafiq sahə üzrə məşğul olan əməkdaşları ilə Azərbaycanda bioetikanın tədrisinin təşkili məsələləri barədə müzakirələrin aparıldığını qeyd edib. Nazir bildirib ki, bioetikanın tibbi və sosial-humanitar elmlərin tədrisində əhəmiyyətini nəzərə alaraq, bir sıra ali məktəblərdə müvafiq kafedraların yaradılması, doktorantura səviyyəsində bioetikanın yeni ixtisas kimi təsdiq olunması nəzərdə tutulur. Nazirin sözlərinə görə, müvafiq inkişaf proqramının hazırlanmasını vacibdir: “Bioetikanın tədrisinə ali məktəblərdən başlanılsa da, daha sonra bu, bütün təhsil sistemini əhatə edə bilər. Bioetikanı tədris edəcək mütəxəssislərin əlavə təhsil qaydaları çərçivəsində hazırlanması məqsədəuyğundur”. M. Mərdanov müvafiq tövsiyələrini verib, növbəti tədris ilinə qədər bu baxımdan görüləcək işləri nəzərə çatdırıb.

“Bioetika və insan hüquqları: yeni etik çağırışlar” mövzusunda təqdimat-məruzə ilə çıxış edən AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini, UNESCO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosunun rəhbəri Vüqar Məmmədov bioetikanın insanın təbabət və biologiya, yeni texnologiyaların tətbiqi sahəsindəki fəaliyyətinin mənəvi tərəfləri haqqında elm olduğunu söyləyib.
V. Məmmədov UNESCO-nun bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşrinin və bir sıra digər tədbirlərin reallaşdırılmasının nəzərdə tutulduğunu söyləyən direktor müavini bioetika üzrə yeni etik çağırışlar və tədqiqat sahələrinin əhatə etdiyi məsələlərə toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR