Bank Of Baku

ARDNŞ-da beynəlxalq olimpiadalarda medal qazanan şagirdlərlə görüş keçirilib

ARDNŞ-da beynəlxalq olimpiadalarda medal qazanan şagirdlərlə görüş keçirilib
# 10 iyun 2011 15:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətin maliyyə dəstəyi ilə beynəlxalq olimpiadalarda medallar qazanan şagirdlərlə görüş keçirilib.

APA-Economics”in məlumatına görə, görüş çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətdə həyata keçirilən layihələrdən danışıb, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramının tərkib hissələrdən biri kimi beynəlxalq olimpiadalarının əhəmiyyətini vurğulayıb.

Layihədə iştirak edən “Çağ” Öyrətim Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz bildiriblər ki, “Çağ” Öyrətim Şirkəti liseylərinin 250-dən artıq şagirdi 2005-2010-cu illər ərzində ARDNŞ-in maliyyə dəstəyi ilə Türkiyə, Yunanıstan, Makedoniya, Serbiya, Cənubi Koreya, Rumıniya, Çin, Braziliya, Qazaxıstan və digər ölkələrdə keçirilən fənn və layihə olimpiadalarında iştirak edib və ümumilikdə 65 medal, o cümlədən 9 qızıl, 21 gümüş və 47 bürünc medal qazanıblar. Bundan başqa, 2010-2011-ci illərdə 12 məktəbli olimpiadalarda iştirak edərək 4 gümüş və 8 bürünc medal qazanıblar.

Görüşdə məktəblilərə ARDNŞ-ın xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR