Bank Of Baku

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evlərinə baxış keçirib

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evlərinə baxış keçirib
# 10 iyun 2011 15:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sosial Təminat Xidmətinin rəisi Natiq Qasımov, Təhsil Nazirliyinin və ayrı-ayrı QHT-lərin nümayəndələri ƏƏSMN-nin Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı və Xəzər rayonunun Şağan kəndindəki 3 saylı Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat evlərində olub, əsaslı təmir və yenidənqurmadan sonra bu internat evlərində yaradılan şəraitə baxış keçiriblər.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, internat evlərinə baxış zamanı məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisələrdə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb.

Qonaqlar internat evlərində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilib, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları ilə tanış olublar.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNİCEF-in birgə təşkilatçılığı ilə “İmkanlara məhdudiyyət yoxdur” layihəsi üzrə maarifləndirmə kompaniyasına da start verilib. Layihə çərçivəsində qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasına kömək məqsədilə müxtəlif bukletlər çap olunacaq, reklam lövhələri, video çarxlar, veb-sayt hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR