Bank Of Baku

Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 11 iyun 2011 08:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyunun 16-18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və Qafqaz Universitetinin təşkilatçılığı ilə ensiklopedik alim - filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Məhəmməd Nəsrəddin Tusinin 810 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev məlumat verib. Onun sözlərinə görə, beynəlxalq konfransa ABŞ, ərəb ölkələri, Orta Asiya, Rusiya, Ukrayna, Türkiyə və İrandan nümayəndələr qatılacaq.

Konfransda N. Tusinin elmi yaradıcılığı ilə bağlı plenar məruzələr təşkil ediləcək. İyunun 18-də isə konfrans iştirakçıları Şamaxı Astrofizika Rəsədxanasına yollanacaq. Beynəlxalq konfransın bir sessiyası da burada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR