Bank Of Baku

Azərbaycanın Qərb bölgəsindən ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 13.428 nəfər sənəd verib

Azərbaycanın Qərb bölgəsindən ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 13.428 nəfər sənəd verib
# 11 iyun 2011 10:31 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Qərb bölgəsindən ali təhsil müəssisələrinə imtahan vermək üçün sənəd qəbulu komissiyalarına ümumilikdə 13428 nəfər müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Bölməsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, ərizələrini təsdiq etdirən abituriyentlərin 7.602 nəfəri cari ilin, 5826 abituriyent isə ötən illərin məzunlarıdır. Qərb bölgəsi üzrə sənəd verənlərin sayı respublika üzrə ali məktəbə qəbul üçün keçiriləcək test imtahanlarında iştirak edəcək abituriyentlərin 13 faizini təşkil edir.
Gəncə şəhərində bütün qruplar üzrə keçriləcıək imtahanlara qatılmaq üçün sənəd vermiş 13.428 nəfərdən 4.085 nəfəri I, 3.529 nəfəri II, 3.848 nəfəri III və 1.966 nəfəri isə IV qrup üzrə imatanlarda iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR