Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasında iştirak edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasında iştirak edib
# 11 iyun 2011 14:04 (UTC +04:00)
Bakı – APA. İyunun 7-8-də Polşanın Krakov şəhərində Avropa Standartlaşdırma Komitəsinin (CEN) Baş Assambleyasının iclası keçirilib. Tədbirdə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Assambleyanın iclasında Avropa Standartlaşdırma Komitəsinin 2010-cu il üzrə fəaliyyət planı və maliyyə hesabatı təsdiq olunub. Bundan başqa, “2011-2013-cü illərdə Avropa Birliyi ölkələrində standartlaşdırmanın inkişafı” üzrə proqram layihəsi müzakirə edilərək qəbul edilib. Proqram Avropa Birliyi ölkələrində standartlaşdırma sahəsinin inkişafının gələcək istiqamətlərini müəyyən edir.

Səfər zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) baş katibi Rob Still, Avropa Standartlaşdırma Komitəsinin baş direktoru Yelena Santyaqo Sit, Polşa Standartlaşdırma Komitəsinin prezidenti Tomaş Şvedzer, Avstriya Standartlaşdırma Qurumunun vitse-prezidenti Elizabet Ştam-Blaxe və Belarus Standartlaşdırma Komitəsinin sədri Valeriy Koreşkovla ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı standartlaşdırma sahəsində qurumlararası əməkdaşlıq əlaqələrinin inkişafı, gələcək planlar müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR