Bank Of Baku

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir

Orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir
# 13 iyun 2011 07:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Növbəti imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları üzrə keçirilir.
11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.

Növbəti imtahanlar iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR